İlham Mirzəyev iflic olmayıb - Nazirlikdən açıqlama
“İlham Mirzəyevin vəziyyəti stabildir. Onda iflic əlaməti yoxdur. Mətbuatda yayılan məlumatlar yalandır”, -deyə nazirlik rəsmisi qeyd edib.
Qeyd edək ki, İlham Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama görə, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib.
İlham Mirzəyev bu ittihamı rədd edib və haqda deyilənlərin yalan olduğunu bildirib.
Nərimanov Rayon Məhkəməsi onun təqsirli olduğu qənaətinə gələrək, 4 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi onun barəsində hökmü dəyişib və cəza 3 il 6 aya endirilib.
Hafiz Əhmədov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


