Bakıda ölümlə nəticələn yol qəzası

Bakıda ölümlə nəticələn yol qəzası
  12 İyul 2016    Oxunub:2752
Bakıda yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1980-cı il təvəllüdlü Mehdiyev Telman Vaqif oğlunun cəsədini və həmin avtomobildə olan 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:07-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti