700 baldan 690 bal toplamaq da Zəfərdi

700 baldan 690 bal toplamaq da Zəfərdi
  11 Avqust 2016    Oxunub:4409
“Zəfər” Kurslarının ən yüksək bal toplayan abituriyentlərinin sayı ötən illərə nisbətən bu il daha çox olub, eləcə də ən yüksək nəticə bu il qeydə alınıb. Belə ki, kursdan verilən məlumata görə, bu ilki imtahanda İlqar Məmmədzadə 690 bal, Humay Məmmədova isə 685 bal toplayaraq “Zəfər” kursları tarixində ən yüksək nəticəni göstəriblər.

Qarşıdakı tədris ilində 700 balı toplamaq qabiliyyətində olan abituriyentlər artıq dərslərin başlanmasına səbrsizlənirlər. Hansı ki, bu abituriyentlər “Zəfər” Kurslarında təhsil alaraq Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanlarında 650, 680, 690 bal toplamağı bacarıblar. İndi onlar 700 bal toplamaqla bu zəfəri qeyd etmək istəyirlər.

Təcrübəli müəllimlərin bir araya toplaşdığı mərkəzdə hər il yüzlərlə abituriyent qəbul imtahanına hazırlaşır və hər il 90%-dən yuxarı nəticələr əldə edilir. Elə bu qəbul ilində “Zəfər” Kurslarında qəbul faizi 98% olmuşdur.

“Zəfər” kursları artıq növbəti təhsil ilində endirim kampaniyasına start verir. Belə ki, kursa müraciət edənlərə 15%-lik endirim tədbiq ediləcək. Kampaniya avqust ayının sonuna kimi davam edir.

Digər bir sevindirici xəbər məzunlaradır ki, bundan da onlar faydalana bilərlər. Belə ki, bu ilki qəbul imtahanlarında tələbə adını qazana bilməyən abituriyentləri “Zəfər” Kursları müjdələyərək, onlara tədris almaq üçün 30% güzəşt tətbiq edir.

Azərbaycan təhsilinin inkişafına az da olsa öz töhfəsini verən “Zəfər” kurslarında təhsil almaq istəyən hər bir şəxs müraciət edə bilər.

Əlaqə:
İnşaatçılar filiali - (012) 480-08-75
Nərimanov filialı - (012) 480-26-32
Biləcəri filialı - (012) 480-25-90
Neftçilər filialı - (012) 480-32-21
Bakıxanov filalı - (012) 480-07-94
E-poçt:[email protected]
Facebook səhifə: https://www.facebook.com/Zefer.hazirliq.kursu/?fref=ts



Teqlər:





Xəbər lenti