SOCAR `Petronas`la anlaşdı

SOCAR `Petronas`la anlaşdı
  16 Sentyabr 2016    Oxunub:1370
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Malaziyanın “Petronas (E&P) Overseas Ventures SDN. BHD” (“Petronas”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.
AzVision.az SOCAR-a istinadən xəbər verir ki, memorandumun şərtlərinə əsasən, şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“PSA”) əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.

AzVision.az




Teqlər:  





Xəbər lenti