`Qalatasaray`ın baş məşqçisi istefaya göndərildi (VİDEOXƏBƏR)

`Qalatasaray`ın baş məşqçisi istefaya göndərildi (VİDEOXƏBƏR)
  14 Fevral 2017    Oxunub:2463
“Qalatasaray” futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib.
AzVision.az CNN-ə istinadən məlumat verir ki, bu barədə qərar klubun direktorlar şurası tərəfindən verilib.

İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub. Baş məşqçinin istefası barədə qərarın bu gün rəsmən elan ediləcəyi gözlənilir.

Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”ın baş məşqçisi vəzifəsinə gətirilib. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaş"dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti