Fransanın yeni prezidenti kim olacaq? - (VİDEOXƏBƏR)
Sorğularda 26%-ə yaxın səs nisbəti ilə ikinci tura qalma şansı yüksək görünən Le Penə ən yaxın müstəqil namizəd Emmanuel Macron isə dünən Əlcəzairdə danışıqlar zamanı Fransanın xarici siyasətində Afrikanın əhəmiyyətini diqqətə çatdırıb.
Ekspertlerin fikrincə, Macronun ikinci tura qalan iki namizəddən biri olması halında təxminən altı xal geridən təqib etdiyi Le Peni qabaqlayacaq.
Mühafizəkar Respublikaçılar Partiyasının namizədi Fransua Fillon isə xanımının işləmədiyi halda dövlətdən maaş aldığının ortaya çıxmasından sonra şansının yox dərəcədə olduğu qeyd olunur. Dünən Reunion adasını ziyarət edən Fillonun son sorğulara görə 18% geriləyən səs nisbəti ilə prezidentlik yarışında üçüncü yerdə olduğu müşahidə edilib.
Bəxtiyar Məmmədov
AzVision.az