NATO-da ABŞ və Rusiya müzakirə ediləcək - (VİDEOXƏBƏR)
NATO-nun Baş Katibi Yens Stoltenberq sammit ərəfəsində Rusiya ilə münasibətlərə aydınlıq gətirib: “Güclü olduqca, birlik içində qaldıqca, gələcəyimizdən əmin ola bilərik. Rusiya ilə təbii ki, yeni dialoqlar qura bilərik. NATO ilə Rusiya dialoqu mühüm əhəmiyyət daşıyır. Bundan əlavə ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası zamanı Şimali Atlantika Blokundakı müttəfiqlərinə tez-tez iradlar bildirmiş və Avropa ölkələrini məsuliyyətlərini yerinə yetirməməklə günahlandırmışdı”.
Qeyd edək ki, Tramp çıxışlarının birində NATO-nu vaxtı keçmiş ittifaq kimi dəyərləndirmişdi. Bunun sammit öncəsi mübahisələri alovlandıracağı güman edilir.
Bəxtiyar Məmmədov
AzVision.az