Kəşfiyyat məxfi məlumatları Trampdan gizlədir (VİDEOXƏBƏR)

Kəşfiyyat məxfi məlumatları Trampdan gizlədir (VİDEOXƏBƏR)
  16 Fevral 2017    Oxunub:3353
Amerika xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ prezidenti Donald Trampdan məxfi kəşfiyyat məlumatlarını gizlədiblər.

AzVision.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” qəzeti keçmiş və indiki dövlət məmurlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb onların mətbuata düşəcəyi və ya etibardan salınacaqları ilə bağlı narahatlıqlardır.

Bəzi hallarda kəşfiyyat nümayəndələri Amerika xüsusi xidmət orqanlarının informasiya əldə etmək üçün istifadə etdikləri üsul və mənbələri Trampa bildirməmək qərarına gəliblər. Bu məlumatların arasında xarici dövlətlərin ABŞ kəşfiyyatı tərəfindən hansı üsullarla izlənməsi də var.

Nəşr yazır ki, kəşfiyyat Trampdan öncədə bəzən öz mənbələrinin güvənliyi naminə bütün informasiyaları prezident və Konqreslə bölüşmürdü: “Ancaq ilk dəfədir ki, informasiyaların gizlədilməsi prezidentə etimadsızlıq və mümkün sızıntılardan ehtiyatlanmaqla bağlıdır. Kəşfiyyatın qorxuları daha çox prezidentin ətrafındakı adamların Rusiya ilə əlaqələrindən, eləcə də Trampın kəşfiyyata qarşı mənfi münasibətindən qaynaqlanır”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti