Türkiyədə növbəti terror: 2 ölü, 18 yaralı (VİDEOXƏBƏR)

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 18 nəfər xəsarət alıb.
Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
***
(23:33)
Türkiyənin Şanlıurfa vilayətində terror aktı baş verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Viranşehir rayonunda avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər isə yaralanıb.
Məlumata görə, partlayış hakim və vəkillərin qaldığı yaşayış korpusunun yaxınlığında baş verib.
Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
AzVision.az
Teqlər: