`Uşaq anasının kürəyində güllələndi` - Milli Qəhrəmanın həyat yoldaşı (VİDEO)

`Uşaq anasının kürəyində güllələndi` - Milli Qəhrəmanın həyat yoldaşı (VİDEO)
  26 Fevral 2017    Oxunub:16282
Ermənilərin Xocalıda törətdiyi soyqırımdan 25 il keçir.

Həmin gecənin canlı şahidlərindən biri də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Novruzov Ələsgərin həyat yoldaşı Mustafayeva Şəkibə Bəhram qızıdır.

...Yoldaşım sonuncu dəfə evdən çıxanda mənə bir əl qumbarası verdi. Dedi, ermənilər sizə hücum etsə, girov düşməyin, qumbaranı partladın. Ermənilər də ölsün, siz də. Yoldaşımla bu sonuncu görüşümüz oldu...

...Bizi zirzəmiyə yerləşdirmişdilər. Ermənilər hücuma keçdikdən sonra qadınları və uşaqları oradan çıxardılar. Biz çayı keçib, meşənin içərisinə girdik. Ermənilər meşənin içərisini vurmağa başladılar. Yanımda olan qaynım oğlunu meşədə itirdim. Onu 3 gündən sonra tapdılar...

...Qonşumuz Nuridə var idi. O yoldaşı və 3 uşağı ilə gəlirdi. Ermənilər onun yoldaşını öldürdülər. Daha sonra güllənin biri onun belinə sarıdığı uşağa dəydi. Qorxudan o birisi uşaqlar qaçıb, kolluğa girdilər. Hay-həşir düşdü. Ermənilər səsi eşidib, bizi gülləyə tutdular. Ana yaralı uşağı kürəyinə sarıyıb, qanına bata-bata Şelliyə qədər gətirdi. Amma o uşaq öldü. Yolda uşaq dedi: “Ana, mən artıq öləcəm, ayaqqabım təzədir, onu qardaşıma ver, geyinsin. Sən ona təzə ayaqqabını hardan alacaqsan?... Ermənilər meşədə biz Xocalılara qarşı dəhşətli zülümlər yaşatdılar...


AzVision.az / Femida.az Xocalı sakini Mustafayeva Şəkibə Bəhram qızı ilə müsahibəni təqdim edir:




Teqlər:





Xəbər lenti