Ermənistanda kiçik çavuş əsgəri öldürüb - VİDEO

Ermənistanda kiçik çavuş əsgəri öldürüb - VİDEO
  02 Mart 2017    Oxunub:5871
Ermənistanda hərbi qulluqçu Qurqen Sarkisyanın ölümü ilə əlaqədar hərbçi - kiçik çavuşa qarşı ittiham irəli sürülüb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Qurqen Sarkisyan yanvarın 16-da başından yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Q.Sarkisyan martın 1-də saat 14:00-da Ermənistanın Müdafiə Nazirliyinin bir saylı Mərkəzi Kliniki Hospitalında ölüb.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı Sarkisyanı adı açıqlanmayan kiçik çavuşun güllələdiyi müəyyən edilib.

Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər: #Ermənistan  





Xəbər lenti