Ermənilərin qərargahı vuruldu - Düşmənin onlarla itkisi var (VİDEO)

Ermənilərin qərargahı vuruldu - Düşmənin onlarla itkisi var (VİDEO)
  02 Mart 2017    Oxunub:59356
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Bu barədə AzVision.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.



AzVision.az


Teqlər: Azərbaycan   Qarabağ   Ermənistan   Cəbhə  





Xəbər lenti