DSX-nın ilk qadın pilotunun xatirəsinə - VİDEO

DSX-nın ilk qadın pilotunun xatirəsinə - VİDEO
  03 Mart 2017    Oxunub:17456
Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş videorolik hazırlayıb.
AzVision.az-ın məlumatına görə, hazırlanan videorolikdə mərhum xanım pilotun xidmətini əks etdirən görüntülər yer alıb.

Baş leytenant Dilarə Babayeva Dövlət Sərhəd Xidmətinin Aviasiya Dəstəsinin ilk qadın pilotu olub və Mi-8 helikopterini idarə edib. Xanım pilot xidməti dövründə DSX-nın rəhbərliyi tərəfindən təltif olunub.

Qeyd edək ki, D.Babayeva 2016-cı ilin avqust ayının 30-da 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib. İlkin olaraq zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilən və 36 həftəlik hamilə olan D.Babayeva tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti