Raket kompleksləri döyüş vəziyyətinə gətirildi - FOTOLAR+VİDEO

Raket kompleksləri döyüş vəziyyətinə gətirildi - FOTOLAR+VİDEO
  06 Mart 2017    Oxunub:38265
Bu ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri arasında “Ən yaxşı heyət” adı uğrunda yarış təşkil edilib. Yarışlara “S-125”, OSA, “İqla-S” zenit raket komplekslərinin və 23 mm-lik zenit qurğularının heyətləri cəlb olunub.
Yarış zamanı şəxsi heyətin döyüş texnikalarının səfər və döyüş vəziyyətinə gətirilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə bilikləri və praktiki vərdişləri yoxlanılıb.

Sonda ən yaxşı heyətlər müəyyənləşdirilərək Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən mükafatlandırılıb.(Azərtac)









AzVision.az



Teqlər: Cəbhə   Döyüş   Qarabağ  





Xəbər lenti