Sergey Lavrov: “Qarabağ münaqişəsi həll oluna bilər” (VİDEO)

Sergey Lavrov: “Qarabağ münaqişəsi həll oluna bilər” (VİDEO)
  06 Mart 2017    Oxunub:4563
"Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həll oluna bilər. Bunu uzun müddət davam edən danışıqların nəticələri göstərir. Lakin bir sıra maddələr üzrə razılıq əldə olunmalıdır. Bura təhlükəsizlik, humanitar yardım, Qarabağ ətrafı rayonların geri qaytarılması və Qarabağın statusu məsələsi daxildir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə Moskvada keçirdiyi mətbuat konfransında deyib.

Lavrov bildirib ki, qeyd edilən bəndlərin böyük əksəriyyətinə dair razılıq əldə olunub.

"Lakin biri-iki bənd üzrə danışıqlar gedir. Bunlar əlavə səylər tələb edir. Hazırkı şərtlərdə danışıqları bərpa etmək üçün cəbhə və təmas xəttində gərginlik azaldılmalıdır. Bunun üçün tərəflər arasında hazırda müşahidə olunan inamsızlıq aradan qaldırılmadır. Tərəflərin, həmçinin prezidentlərin Sankt-Peterburq və Vyana görüşlərində əldə etdiyi razılaşmaları həyata keçirməsi olduqca önəmlidir".



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Qarabağ   Azərbaycan  





Xəbər lenti