ABŞ-dan sensasion hesabat: Sarkisyan saxta yolla prezident seçilib (VİDEO)

ABŞ-dan sensasion hesabat: Sarkisyan saxta yolla prezident seçilib (VİDEO)
  07 Mart 2017    Oxunub:10522
ABŞ Dövlət Departamenti İnsan Haqlarının vəziyyətinə dair illik hesabat hazırlayıb.

AzVision.az “Joxovurd” nəşrinə istinadən xəbər verir ki, 2016-cı il üzrə hesabatda Ermənistana xüsusi yer verilib.

Hesabatda vurğulanıb ki, bundan əvvəl Ermənistanda keçirilən seçkilər saxtalaşdırlıb: “Siyasi arena Ermənistan prezidenti Serj Sarkisyan və onun Respublika partiyasının əlindədir. 2012, 2013 və 2015-ci illərdə keçirilən prezident, parlament seçkiləri və konstitusiya islahatlarına dair referendum yaxşı təşkil olunsa da, qeydə alınan ciddi qanun pozuntuları ümumilikdə seçki prosesini şübhə altına alır. 2008-ci il prezident seçkilərindən sonra ölən şəxslərə görə heç kim məsuliyyətə cəlb olunmayıb”, -deyə ABŞ Dövlət Departamentinin yaydığı hesabatda bildirilib.

Nəşrin yaydığı xəbərə əsasən, Dövlət Departamenti Serj Sarkisyanın legitimliyi məsələsini qaldıraraq, ona dolayısı yolla saxtakarlıq nəticəsində seçildiyini xatırladıb.

“Joxovurd” belə bir hesabatın Ermənistanda parlament seçkiləri ərəfəsində yayılmasına xüsusi diqqət çəkib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Ermənistan   Sarkisyan   Seçki  





Xəbər lenti