Məleykə Abbaszadə: "Onlar üçün imtahan pulsuz olacaq" - Video

Məleykə Abbaszadə: "Onlar üçün imtahan pulsuz olacaq" - Video
  07 Mart 2017    Oxunub:4835
“Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətlərdə bu vaxta qədər büdcədən bizə ayrılan və hər bir namizədə ayrılan vəsait hesablanıb. Bundan başqa, müəyyən texnoloji dəyişikliklər, imtahanların keyfiyyətini yüksəltmək üçün görəcəyimiz tədbirlər də qiymətlərdə əks olunub”.
AzVision.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarının qiyməti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

M.Abbaszadə bildirib ki, DİM publik hüquqi şəxs olduğundan qurumun fəaliyyəti dövlət tərəfindən maliyyələşdirilmir.

“Prezidentin sərəncamı ilə ilk qəbul imtahanlarında iştirak edənlər üçün dövlət sifarişçi kimi çıxış edir. Buna görə Maliyyə Nazirliyi tərəfindən imtahanların qiymətləri müəyyənləşməli idi. Ötən il 88 min nəfər ali məktəblərə qəbul olmaq üçün sənəd verib. Bu il də təxminən o qədər müraciət gözləyirik. Onlardan 70 mini ilk dəfə müraciət etdiyindən bir dəfə imtahanda iştirak haqqını dövlət ödəyəcək. Prosesdə iştirak edən əsas iştirakçılar pulsuz imtahan verəcəklər. Biz indiyədən gənclərə bir dəfə imtahan vermək şansı vermişdik. Builki qaydalarda isə abituriyentlərə iki dəfə şans veriləcək. Heç kim iki dəfə imtahanda iştirak etmək məcburiyyətində deyil. Lakin imtahana tam hazırlıqlı gəlmək lazımdır ki, yaxşı nəticə əldə edəsən. Bu şəxslər üçün ikinci cəhd elə də vacib deyil. Amma daha yaxşı nəticə əldə etmək istəyənə ikinci dəfə imkan veriləcək”,-deyə M.Abbaszadə qeyd edib.




Aytən Zəhra
AzVision.az



Teqlər: MəleykəAbbaszadə   İmtahan  





Xəbər lenti