Bakı İlaxır çərşənbəni qeyd edir - (VİDEO+FOTOLAR)

Bakı İlaxır çərşənbəni qeyd edir - (VİDEO+FOTOLAR)
  14 Mart 2017    Oxunub:22659
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur. İlaxır çərşənbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə can atır. İnanclara görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, “ağırlığım-uğurluğum odlara tökülsün” deyər, hamı bir-birinə bütün pisliklərin odda yanmasını arzulayar.
Hər il olduğu kimi bu ildə paytaxt Bakıda xalqımızın Milli bayramı - “İlaxır çərşənbə” günü təntənəli şəkildə təşkildə qeyd edilir.

Novruz personajları – Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı “Atəşgahı”na yola düşüb.



Novruz personajları paytaxt küçələrində maraqla qarşılanıb. Sakinlər Bahar qızı, Kosa, Keçəllə şəkil çəkdirərək bayramın sevincini yaşayıblar.











Aytən Zəhra
Foto: Elvin Abdulla

Qalereya




Teqlər: #İlaxırÇərşənbə   #Novruz  





Xəbər lenti