“Təzə bazar” yanğından sonra: “Baxdım, ürəyim dayandı...” - (VİDEO+FOTOLAR)

“Təzə bazar” yanğından sonra: “Baxdım, ürəyim dayandı...” -  (VİDEO+FOTOLAR)
  04 Aprel 2017    Oxunub:62850
Ötən gecə Bakıda yerləşən “Təzə bazar”da yanğın baş verib. Yanğın bazarın meyvə-tərəvəz və geyim əşyaları satılan hissəsindən başlayıb, geniş ərazini əhatə edib. Hadisə yerinə xeyli sayda yanğınsöndürən briqadalar cəlb olunub. Təmninən 1 saat ərazində alovun qarşısı alınıb.


Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, ümumi sahəsi 1,5 ha olan “Təzər bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları və piştaxtalar 400 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.



Yanğın saat 01:40-da söndürülüb.



Bazarın digər hissəsi isə yanğından mühafizə olunub. Hadisə nəticəsində sahibkarlara küllü miqdarda ziyan dəyib.



Fövqəladə Hallar Nazirliyinin yanğın baş verən ərazidə araşdırma aparır. Araşdırmadan sonra dəyən ziyan açıqlanacaq.



AzVision.az-ın hadirə yerindən hazırladığı reportajı təqdim edirik:



Müxbir: Anar Kəlbiyev
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov

Qalereya




Teqlər:





Xəbər lenti