Bakı metrosunda insident - Qatar qadını vurdu

Bakı metrosunda insident - Qatar qadını vurdu
  04 Aprel 2017    Oxunub:4475
Bakı metrosunda insident baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, metronun “20 Yanvar” stansiyasında qatar sərnişini vurub.

“Xəsarət alan şəxs 50-55 yaşlı Adıgözəlova Rəfiqə adlı xanımdır. O, təhlükəsizlik qaydalarına riayət etmədiyinə və təhlükəsizlik xəttini keçdiyinə görə qatarın güzgüsü ona dəyib. Təcili tibbi yardım çağrılıb və xəstəxanaya yola salınıb”.



Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı   Metro   Qatar  





Xəbər lenti