Trampdan dünyanı şoka salan addım: ABŞ Suriyanı raketlə vurdu (VİDEO)

Trampdan dünyanı şoka salan addım: ABŞ Suriyanı raketlə vurdu (VİDEO)
  07 Aprel 2017    Oxunub:4325
ABŞ Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirib.

AzVision.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqon rəsmi polkovnik Ceff Devis açıqlayıb. O, bildiridb ki, aviazərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq prezident Donald Trampın təlimatı ilə endirilib:

“Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində Homs əyalətindəki “Əş-Şəyrat” aerodromundan istifadə edib. Məhz buna görə aerodroma 59 “Tomaqavk” raketi atılıb”.



Hüms vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələri nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, bu əməliyyat ABŞ-ın təhlükəsizliyi üçün vacib idi: “Suriyalı diktator Bəşər Əsəd çərşənbə axşamı qorxunc bir şəkildə kimyəvi silahdan istifadə edib. Bu barbar təcavüz nəticəsində yardıma möhtac kişi, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib. Bu axşam kimyəvi silahın atılmasında istifadə olunan aeradromu hədəf alan hücüm əmrini verdim. Bölgədə qeyri-sabitlik davam edir. Bu isə ABŞ-ı və müttəfiqləri üçün təhdiddir”.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın atdığı addımı dəstəklədilərini bəyan edib: “ABŞ kimyəvi silahların istifadəsinə və yayılmasına dözməyəcəyini sübut edən açıq mesaj göndərib.

“İsrail ABŞ prezidentinin bu addımına tam dəstək verir. Hesab edirik ki, Əsəd rejiminə qarşı verilən bu mesajdan həm Tehran, həm də Pxenyan nəticə çıxaracaq”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, əməliyyat süni səbəblərlə təşkil olunub: “Bu suveren bir dövlətin beynəlxalq haqlarının pozulmasıdır. Bu əməliyyat süni səbəblər göstərilərək həyata keçirilib”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov ABŞ-ın Suriyaya zərbələr endirəcəyinin mənfi nəticələrə gətirib çıxaracağına dair xəbərdarlıq edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Suriya   Raket  





Xəbər lenti