Qalmaqal böyüyür: Tillerson Putinlə görüşünü ləğv etdi (VİDEO)

Qalmaqal böyüyür: Tillerson Putinlə görüşünü ləğv etdi (VİDEO)
  10 Aprel 2017    Oxunub:4971
ABŞ dövlət katibi Reks Tillerson Rusiya prezidenti Vladimir Putinlə görüşünü ləğv edib.

AzVision.az xəbər verir ki, bu barədə "Twitter" sosial şəbəkəsində "Amerikanın səsi" radiostansiyasının büro rəhbəri Stiv German yazıb.

"Rusiya prezidenti Putinlə Moskvada baş tutmalı olan görüş dövlət katibi Tillersonun iş qrafikindən çıxarılıb", - German yazıb.

Məlumata görə, Tillerson Suriya qalmaqalı ilə əlaqədar görüşdən imtina edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Putin   Tillerson  





Xəbər lenti