Bakının mərkəzində bina yanıb - FOTOLAR+VİDEO

Bakının mərkəzində bina yanıb - FOTOLAR+VİDEO
  10 Aprel 2017    Oxunub:10460
Bakının mərkəzində yaşayış binasında baş vermiş yanğın söndürülüb. Yanğının baş vermə səbəbləri məlum deyil.

***
Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.



***
(15:05)

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, yanğın Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqaları və təcili tibbi yardım maşınları cəlb olunub.















Foto: Elvin Abdulla
AzVision.az

Qalereya




Teqlər: Bakı   FHN   Yanğın  





Xəbər lenti