Qəhrəman şəhidin anım tədbirində ailə üzvləri, qohumları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar Qənirə Paşayeva, Elçin Quliyev v Yasamal rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev iştirak edib.
Mərasimdə Milli Qəhrəmanın keçdiyi döyüş yolundan danışılıb və onun göstərdiyi qənrəmanlıq xüsusi vurğulanıb.
Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. M.Mirzəyev aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. Aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Müxbir: Anar Kəlbiyev
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
AzVision.az