Tramp Əsədi təhqir etdi: "Bunu Obama etməli idi" - Video

Tramp Əsədi təhqir etdi: "Bunu Obama etməli idi" - Video
  12 Aprel 2017    Oxunub:2542
ABŞ prezidenti Donald Tramp Amerikanın Suriya ilə bağlı mövqeyini açıqlayıb. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tramp “Biz Suriyaya girməyəcəyik”, deyə suallara aydınlıq gətirib.
ABŞ prezidenti eyni zamanda Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb: “Bunu vaxtilə Barak Obamanın administrasiyası etməli idi”.

Tramp müsahibəsində suriyalı həmkarını təhqir edərək onu "heyvan" adlandırıb. Prezident onu da vurğulayıb ki, hazırda Suriyanın düşdüyü vəziyyətə görə Bəşər Əsəd günahkardır: “Rusiya bu heyvana kömək etməsəydi, heç bir problem olmazdı”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Suriya   Tramp   Əsəd  





Xəbər lenti