Dünyada 30 milyon narkoman var - Hər il 200 min insan ölür (Video)

Dünyada 30 milyon narkoman var - Hər il 200 min insan ölür (Video)
  12 Aprel 2017    Oxunub:4599
Dünyada təxminən 30 milyon insan narkotik vasitələrdən istifadə edir. AzVision.az xəbər verir ki, bunu BMT baş katibinin müavini, BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov deyib. Onun sözlərinə görə, hər il narkotikdən asılı olan 200 minə yaxın şəxs həlak olur.
11,5 milyon nəfər narkotikləri inyeksiya üsulu ilə qəbul edir. Onların 14 faizində HİV, 52 faizində isə hepatit C virusu var.

Y. Fedotov deyib ki, narkotik alveri cinayətkar qruplaşmalara “dünyada qlobal ÜDM-in təxminən 3,6%” həcmində gəlir gətirir. Belə ki, yalnız Avropa İttifaqında narkobaronların illik gəliri 24-28 mlrd. dollar təşkil edir.

BMT rəsmisi əlavə edib ki, beynəlxalq ekspertlərin məlumatına görə, ən çox qadağan olunmuş maddə kannabis və heroindir.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: BMT   Narkotik   Ölüm  





Xəbər lenti