“Dolların möhkəmlənməsindən qorxuram” - Tramp (VİDEO)
AzVision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.
“Düşünürəm ki, ABŞ dolları çox möhkəmlənir, bunda az da olsa mənim günahım var. Çünki insanlar mənə inanır”, - deyə Tramp vurğulayıb.
Prezident eyni zamanda əlavə edib ki, son nəticədə dolların güclənməsinin mənfi fəsadları ola bilər. O, vurğulayıb ki, güclü dollar mühitində digər ölkələrlə rəqabətə girmək olduqca çətindir.
Bundan əlavə, Tramp Cannet Yellenin yenidən Federal Rezerv Sisteminin sədri seçilməsinə qarşı olmadığını bildirib: “Aşağı faiz dərəcləri sistemi xoşuma gəlir, mən sizinlə dürüst olmalıyam”.
Eldar Tanrıverdiyev
AzVision.az