"Siqaret çəkənlərə çox pis baxıram" - VİDEOSORĞU

"Siqaret çəkənlərə çox pis baxıram" - VİDEOSORĞU
  17 Aprel 2017    Oxunub:11444
Ötən həftə Milli Məclisin iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinin 10-cu maddəsinə görə, Təhsil və tərbiyə müəssisələri, onların əraziləri, Səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq), Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), İdman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, Restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri və.sqapalı məkanlarda tütün məhsullarının çəkilməsi qadağan olunur.

Eyni zamanda siqaret çəkmək üçün sanitar-gigiyenik normalara cavab verən xüsusi yerlər müəyyənləşdirilməlidir.

AzVision.az siqaretin qadağan edilməsi ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

Respondentlərin demək olar ki, hamısı ictimai yerlərdə siqaretə qadağa qoyulması təklini dəstəkləyir. Hətta gənclər siqaret çəkənlərə pis baxdıqlarını, bunu mədəniyyətsizlik kimi qiymətləndirdiklərini deyiblər.



Müxbir: Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov



Teqlər: Siqaret   Qarabağ   Sorğu  





Xəbər lenti