Rusiya Ermənistanda gecə təlimləri keçirib - VİDEO

Rusiya Ermənistanda gecə təlimləri keçirib - VİDEO
  21 Aprel 2017    Oxunub:2424
Rusiya aviasiyasının Cənub Hərbi Dairəsinin təyyarəçiləri Ermənistandakı “Erebuni” hərbi bazasında hücum və nəqliyyat vertolyotlarında gecə təlim uçuşları keçiriblər.
AzVision.az “Ria novosti”yə istinadən xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik Vadim Astafyev deyib. Onun sözlərinə görə, təlimlərdə Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı “Erebuni” aviabazasının tərkibindəki “Mi-24” zirehli hərbi döyüş vertolyotları və “Mi-8MTŞ” nəqliyyat helikopterləri iştirak edib.

Təyyarəçilər uçuş taktiki təlimlər zamanı motoatıcı bölmələrin yerləşdiyi hərbi bazanın öz vəzifələri yerinə yetirməsində havadan dəstəklənməsi üzrə tapşırıqlar və elementlər işlənilib. Təyyarəçi və borttexniklər bu təlimlər nəticəsində attestasiyadan keçmiş olacaqlar.

Bundan başqa hərbçilər şərti düşmənin havadakı obyektlərinin, qurudakı hərəkətli və hərəkətsiz hədəflərinin, zirehli texnikalarının, alçaqdan uçan təyyarələrinin və pilotsuz uçan aparatlarının aşkarlanması, müəyyənləşdirilməsi və məhv etdirilməsi üzrə 50-dən çox normativ verməlidirlər. Təlimlərdə uçuş və texniki-mühəndis heyətlərinin 100-dək hərbçisi, 50-dək xüsusi hərbi və aviasiya texnikası iştirak edir.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Təlim  





Xəbər lenti