FTX-nin binasına silahlı hücum: Ölən və yaralılar var (VİDEO)

FTX-nin binasına silahlı hücum: Ölən və yaralılar var (VİDEO)
  21 Aprel 2017    Oxunub:2180
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk vilayəti üzrə İdarəsinə silahlı hücum olub.
AzVision.az TASS-a istinadən xəbər verir ki, naməlum şəxs texniki nəzarət zonasını keçmədən qəbula gələnlərə atəş açıb.

Nəticədə FTX-nin bir əməkdaşı və içəridə olan iki nəfərdən (MDB ölkələrinin vətəndaşları) biri ölüb.

Silahlı şəxs zərərsizləşdirilib. Onun 1999-cu ildə bu bölgədə anadan olan Konev A.V. adlı Rusiya vətəndaşı olduğu məlum olub. Partlayıcı texnikalar üzrə mütəxəssislər Konevin şəxsi əşyalarına baxış keçirən zaman partlayıcı qurğu aşkar edib.

Bəzi məlumatlara görə, o, neonasizm qrupunun üzvü olub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   FTX   Atışma  





Xəbər lenti