Namaz vaxtı hərbçilərə hücum: Ölü sayı 150-dən çoxdur (VİDEO)

Namaz vaxtı hərbçilərə hücum: Ölü sayı 150-dən çoxdur (VİDEO)
  22 Aprel 2017    Oxunub:22834
Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlılarının hərbi hissəyə hücumu nəticəsində ölən Əfqanıstan hərbçilərinin sayı 150-yə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “France-Press” agentliyi hərbi mənbəyə istinadən yayıb.

Agentliyin xəbərinə əsasən atışmada 50-dən çox hərbçi yaralanıb, 10-dan çox “Taliban” silahlısı məhv edilib.

Terrorçular Müdafiə Nazirliyinə məxsus iki hərbi avtomobildə məscidə hücum edib. Əfqanıstan hökuməti hücum nəticəsində ölənlərin dəqiq sayı barədə rəsmi məlumat verməyib. Hərbçilərin çoxu terrorçuların hücumu zamanı namaz qılırmış.

***

Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında “Taliban” silahlıları hərbi hissəyə hücum edib.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində Əfqanıstan ordusunun 140 hərbçisi həlak olub.

Qeyd olunub ki, atışma nəticəsində 10 “Taliban” silahlısı məhv edilib. Ümumilikdə isə azı 150 nəfər ölüb,



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti