Dünyanın diqqəti Fransada: Makron qalib gəldi (VİDEO)

Dünyanın diqqəti Fransada: Makron qalib gəldi (VİDEO)
  24 Aprel 2017    Oxunub:48948
Fransada keçirilən prezident seçkilərində bülletenlərin 100 faizi hesablanıb.
Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb.

Respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.



***

Bu gün Fransada keçirilən prezident seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb.

Hazırda “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen öndədir.

Bülletenlərin 30 faizi hesablanıb. Marin Le Pen 24,78% səs toplayıb. Onun əsas rəqibi, sabiq iqtisadiyyat naziri Emmanuel Makron 21, 75 % səs toplaya bilib.

***

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, “En Marche” (Yürüş) Hərakatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron və “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen ikinci tura keçib.

Makron 23,7, onun rəqibi Marin Le Pen isə 22,7 faiz səs toplayıb.

Fransada birinci tur prezident seçkilərində 11 namizəd iştirak edir.

Qeyd edək ki, seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

***

Parisdə bir neçə səsvermə məntəqəsində bəzi seçicilərə artıq içərisində səsvermə bülleteni olan zərflər verildiyi, yəni saxtakarlığa yol verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bunla bağlı xatırladılıb ki, səslər sayılanda içərisində bir neçə bülleten olan zərflər ləğv olunacaq.

Yerli vaxtla saat 17-yə olan məlumata əsasən Parisdə seçicilərin 64.51 faizi səs verib.

Daxili İşlər Nazirliyi bildirir ki, 2012-ci ildə həmin saatda 59.14 faiz seçici səs vermişdi. (AzərTAc)

***

Fransada keçirilən prezident seçkilərin ilkin nəticələri açıqlanıb.

Prezidentliyə namizəd, sol hərəkatın lideri Jan-Luk Melanşon Fransanın üç dənizaşırı ərazilərdə - Sen-Pyer və Mikelon, Martinik və Qvianada hamıdan çox səs toplayıb.

Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir.

Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.

***

Fransada prezident seçkilərinin birinci turunda saat 14:00-dək seçicilərin 28,54 faizi səsvermədə iştirak edib.

TASS-ın məlumatına görə, bu, 2012-ci ildəki seçkilərin müvafiq göstəricilərini üstələyir.

Qeyd edək ki, birinci turda ən çox səs toplamış iki namizəd mayın 7-də keçiriləcək ikinci turda iştirak edəcək.

Birinci turda seçkilərdə 11 namizəd qeydə alınıb.

***

Fransa prezidenti Fransua Olland ölkədə keçirilən prezident seçkilərində səs verib.

Səs vermək üçün Olland Tyul şəhərini seçib. O, 2001-2008-cı illərdə bu şəhərin meri olub.

***

Fransada prezident seçkilərinin birinci turu keçirilir. Vətəndaşlar mayın 7-də baş tutacaq ikinci tur üçün 2 namizədin adını müəyyən etməlidir. Artıq bir sıra ölkələrdə Fransa vətəndaşları üçün seçki məntəqələrində səs verib.

Seçkilərin favoritləri “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və “Milli cəbhə”nin lideri Marin Le Pen hesab olunur.

Keçirilən sorğulara görə, məhz bu iki namizədin ikinci tura çıxmaq şansı daha çoxdur. Onlardan sonra “Respublikaçılar” partiyasından Fransua Fiyon və “Tabe olmayan Fransa” hərəkatını təmsil edən Jan-Lyuk Melanşon ikinci mərhələyə keçmək uğrunda mübarizə aparacaq populyar namizədlərdir.

AzVision.az


Teqlər: Fransa   Seçki  





Xəbər lenti