Xəzərdə təhlükə: 200-dən çox neftçi təxliyə olundu - (VİDEO)

Xəzərdə təhlükə: 200-dən çox neftçi təxliyə olundu - (VİDEO)
  24 Aprel 2017    Oxunub:5478
Aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti arabir 34 m/s (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib.
"Azneft"dən AzVision.az-a verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Belə ki, müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər Vaxt yaşayış məntəqəsinə təxliyə olunacaq.

Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.



AzVision.az


Teqlər: Neftçi   Xəzər   Dəniz  





Xəbər lenti