Putin Trampla görüşəsi olmadı - Peskov açıqladı (VİDEO)

Putin Trampla görüşəsi olmadı - Peskov açıqladı (VİDEO)
  27 Aprel 2017    Oxunub:2109
Hazırda Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında ilk görüşün keçirilməsinin təşkili ilə bağlı iş aparılmır.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov TASS-a dövlət başçılarının görüşünün may ayında keçirilə bilməsi və ona hazırlıqların görülməsi barədə suala cavabında deyib.

“Hələlik heç nə yoxdur”, - deyə Peskov əlavə edib.

Qeyd edək ki, iyul ayında Almaniyada “G20” sammiti keçiriləcək. Sammitdə hər iki dövlət başçısı iştirak edəcək. Bundan əvvəl “Kommersant” qəzeti iki ölkənin dövlət strukturlarındakı mənbələrə istinadən may ayının sonunda Avropa ölkələrindən birində Rusiya və ABŞ prezidentləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti