Rusiyadan alınan hərbi texnika silahlanmaya daxil edildi - VİDEO
03 May 2017
Oxunub:6428
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən ölkəmizə gətirilən müxtəlif təyinatlı müasir hərbi texnika Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, silah və hərbi texnikanın yoxlanılması məqsədilə keçirilən atışlar uğurla başa çatıb.