Həzi Aslanovun general nəvəsi babasından danışdı - EKSKLÜZİV (VİDEO)
Ölkə baççısı Həzi Aslanovun ailə üzvləri ilə görüşərək onları Qələbə bayramı münasibətilə təbrik edib.
Müharibə veteran İsmayıl Fərəcov döyüş yolundan danışıb.
İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyan nəvəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov Qələbə günü ilə bağlı AzVision.az-a eksklüziv açıqlama verib.
O, göstərdiyi diqqətə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, onlardan ən görkəmlisi Həzi Aslanov olub. O, 34 yaşında general-mayor rütbəsinə kimi yüksəlib. Həmçinin iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Ümumiyyətlə hərb tarixində 17 tankçı iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb.
Bu gün Həzi Aslanova qiymət verilir. Həmçinin Azərbaycanın bütün veteranları yad olunur. Bu tədbirin ənənəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Hər il Qələbə günü tədbiri burada keçirilir
Ailəmiz adından göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edirəm”.
Müxbir: Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
Teqlər: Qələbə-Günü 9-May Həzi-Aslanov