ABŞ kəşfiyyatı Qarabağda müharibə anonsu verdi - (VİDEO)

ABŞ kəşfiyyatı Qarabağda müharibə anonsu verdi - (VİDEO)
  12 May 2017    Oxunub:9330
"Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlaya bilər"
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Kotsun hesabatında qeyd edilib.

“2016-cı ilin aprel ayında Dağlıq Qarabağ məsələsinə görə, Azərbaycan və Ermənistan arasında gərginlik artdı. Tərəflərin kompromisə getmək istəməməsi 2017-ci ildə genişmiqyaslı hərbi əməliyyatların bərpa olunması ehtimalını artırır”, - deyə hesabatda bildirilib.

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəhbəri hesab edir ki, Azərbaycan Rusiya, İran və Qərblə münasibətlərdə balansı qorumağa davam edəcək.

Qafqaza həsr olunan hesabatda əlavə olunub ki, Gürcüstan yaxın vaxtlarda Avropa ittifaqı ilə əlaqələri dərinləşdirəcək və NATO ilə hərbi əməkdaşlığı genişləndirəcək.


Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti