ABŞ-da xüsusi əməliyyat - 1378 nəfər həbs edilib - (VİDEO)

ABŞ-da xüsusi əməliyyat - 1378 nəfər həbs edilib - (VİDEO)
  12 May 2017    Oxunub:2121
ABŞ-da keçirilən genişmiqyaslı xüsusi əməliyyatlar nəticəsində 1378 nəfər həbs edilib.
AzVision.az “CNN” kanalına istinadən xəbər verir ki, əməliyyat ABŞ-ın immiqrasiya və gömrük polisi tərəfindən həyata keçirilib. Bu, indiyədək həyata keçirilən ən böyük əməliyyat hesab olunur.

Əməliyyatın böyük hissəsi Nyuark, Atlanta, Nyu-York və Hyuston şəhərlərində keçirilib. Həbs olunanların 445 nəfəri xarici ölkə, 900 nəfəri isə Amerika vətəndaşıdır.

Əməliyyatlar nəticəsində 238 silah, 270 kiloqram narkotik vasitə müsadirə olunub.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti