Vitse-spikerin maşını partladıldı: 25 ölü, 35 yaralı (Yenilənib) - (VİDEO)

Vitse-spikerin maşını partladıldı: 25 ölü, 35 yaralı (Yenilənib) - (VİDEO)
  12 May 2017    Oxunub:8336
Pakistanda törədilən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, artıq partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Əsas hədəf Maulana Senatının vitse-spiker Abdulla Qafur Heydərinin korteji olub.

Ciddi xəsarət almayan vitse-spiker Kvetta hospitalına yerləşdirilib. Partlayış nəticəsində Maulana Heydərinin sürücüsü və bir neçə mühafizəçisi həyatını itirib.

***

Pakistanda növbəti dəfə partlayış baş verib. AzVision.az "GeoTV"-yə istinadən xəbər verir ki, hadisə Bəlucistan əyalətində qeydə alınıb.

Yerli mətbuatın yaydığı xəbərə görə, hədəf Pakistan senatının sədr müavini Maulana Heydərinin olduğu avtomobil korteji olub. Nəticədə 20 nəfər ölüb, 35 nəfər yaralanıb. Partlayış zamanı senatın sədr müavini də xəsarət alıb. O, dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.

Qeyd olunub ki, sədr müavininin aldığı xəsarət ciddi deyil. Məlum olub ki, Maulana hadisə zamanı öz maşınında olmayıb.

Partlayış nəticəsində Maulana Heydərinin sürücüsü və bir neçə mühafizəçisi həyatını itirib.

Hazırda heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Pakistan   İŞİD  





Xəbər lenti