Tramp Lavrova gizli məlumatlar ötürüb - (VİDEO)

Tramp Lavrova gizli məlumatlar ötürüb - (VİDEO)
  16 May 2017    Oxunub:8514
ABŞ prezidenti Donald Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrova İŞİD-lə bağlı gizli məlumatları verib.
AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, gizli məlumatlar Trampla Lavrovun mayın 10-da keçirlən görüşündə Rusiya tərəfinə ötürülüb.

Qəzet sabiq və hazırki məmurlara istinadən xəbər verir ki, təqdim olunan faktlar Rusiya ilə bu məlumatları bölüşməyə icazə verməyən xarici mənbəni zərbə altına qoyur.

Məlumatda qeyd olunub ki, Tramp rəsmi Moskvaya öz tərəfdaşlarından daha çox məlumat təqdim edib.

ABŞ dövlət katibi Reks Tillerson bu məlumatları təkzib edərək vurğulayıb ki, Tramp və Lavrov arasında terrorizmlə mübarizə də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Tramp   Rusiya   Lavrov  





Xəbər lenti