Makron ən yüksək vəzifələri qadınlara verdi - (VİDEO)

Makron ən yüksək vəzifələri qadınlara verdi - (VİDEO)
  19 May 2017    Oxunub:3554
Fransa prezidenti Emmanuel Makron yeni hökumətin heyətində 11 postu qadınlara həvalə edib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qılıncoynatma üzrə Olimpiya çempionu Laura Futseli idman naziri, Aqnes Buzini səhiyyə naziri, Fransuaza Nisseni mədəniyyət naziri, Marlen Skiappanı isə hökumətdə gender bərabərliyi məsələlərinə cavabdeh şəxs təyin edib.
Eyni zamanda prezident əsas beş postdan birini- müdafiə naziri postuna qadın təyin edib. Belə ki, Makron Silvu Quları müdafiə naziri təyin edilib.

Fransua Ollandın dövründə müdafiə naziri olaraq çalışan Le Drian isə yeni hökumətdə xarici işlər naziri postuna gətirilib.


AzVision.az


Teqlər: Fransa  





Xəbər lenti