15 günə 1000-ə yaxın sürücü cərimələnib - DYP - (VİDEO)

15 günə 1000-ə yaxın sürücü cərimələnib - DYP - (VİDEO)
  20 May 2017    Oxunub:2391
“Mayın 5-dən bu günə qədər paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, ərazidə tıxac və sıxlıqlar yaranmasın deyə bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur:

“Digər hallarda icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir. Paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar qaydalara riayət edirlər”.



AzVision.az




Teqlər: DYP   Cərimə  





Xəbər lenti