İslam Oyunları başa çatır - (VİDEO)

İslam Oyunları başa çatır - (VİDEO)
  22 May 2017    Oxunub:5866
Mayın 8-də başlayan "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır. Saat 20:00-da Bakı Olimpiya Stadionunda Oyunların rəsmi bağlanış mərasimi baş tutacaq.
Qeyd edək ki, 14 gün ərzində Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə yarış keçirilib. Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında medal sayında liderliyini davam etdirir. Nəticələrə əsasən idmançılarımız indiyədək 75 qızıl, 46 gümüş və 33 bürünc medal qazanıblar.

Azərbaycandan sonra növbəti pillədə 68 qızıl, 63 gümüş və 54 bürünc medalla Türkiyə qərarlaşıb. Üçüncü yerdə isə 31 qızıl, 26 gümüş və 33 bürünc medalla İran qərarlaşıb.

Xatırladaq ki, İslam Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.



Aytən Zəhra
AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti