Aprel döyüşlərində yaralanan erməni əsgər Moskvaya aparılıb - (VİDEO)

Aprel döyüşlərində yaralanan erməni əsgər Moskvaya aparılıb - (VİDEO)
  23 May 2017    Oxunub:2949
Ötən il aprel döyüşlərində ağır yaralanan erməni hərbçi Roland Saakyan müalicəsinin davam etdirilməsi üçün Moskvaya göndərilib. AzVision.az xəbər verir ki, bunu “news.am” saytına hərbçinin qohumları deyib.
Qeyd olunub ki, Roland Saakyan ötən ilin aprel ayında minaya düşərək ağır yaralanıb. Bir ildən sonra Ermənistan Səhiyyə Nazirliyinin nəzdindəki komissiya onun xaricdə müalicəsinin təşkili ilə bağlı müsbət rəy verib. Öz növbəsində, Ermənistan hökuməti Saakyanın Rusiyada müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edib.

Sıravi Roland Saakyan aprel hərbi əməliyyatları zamanı ciddi xəsarət alıb. Hərbi hospitalda 9 dəfə əməliyyat olunub. İndi onun reabilitasiya müalicəsinə ehtiyacı var.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Aprel-döyüşü   Cəbhə   Rusiya   Ermənistan  





Xəbər lenti