Hərbi təyyarə qəzaya uğradı - Ölən və yaralılar var - (VİDEO)

Hərbi təyyarə qəzaya uğradı - Ölən və yaralılar var - (VİDEO)
  31 May 2017    Oxunub:2543
Nepalda hərbi təyyarə qəza enişi edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, qəza paytaxtdan 700 kilometr məsafədə yerləşən Bacur dairəsinin Kolti hava limanında baş verib.

Polşanın "PZL" firmasının istehsalı olan "M28 Skytruck" hərbi təyyarəsi Humla dağ rayonuna ərzaq məhsulları daşıyarkən qəzaya uğrayıb.

Qəza nəticədə pilot ölüb, daha iki hərbçi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.



AzVision.az


Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti