Prezident sarayının yaxınlığında partlayış: 80 ölü (Yenilənib)

Prezident sarayının yaxınlığında partlayış: 80 ölü (Yenilənib)
  31 May 2017    Oxunub:7023
Bu gün səhər Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb, azı 325 nəfər yaralanıb.
Bu barədə "Tolo News" agentliyi Əfqanıstan Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Bir qədər əvvəl isə France Press agentliyi 49 nəfərin həlak olduğunu, 300-dən çox insanın yaralandığını xəbər vermişdi.

Xatırladaq ki, partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yerləşdikləri binaların yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub. İlkin məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtosistern partladılıb.

***
Əfqanıstanda baş verən terror aktı nəticəsində ölən və yaralıların sayı artıb.

AzVision.az “Tolonews”-a istinədən xəbər verir, terror aktı nəticəsində 19 nəfər ölüb, 319 yaralanıb.

***

09:51

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, partlayış şəhərin mərkəzi hissəsində xarici səfirliklər və prezident sarayının yaxınlığında baş verib.

Ərazi polis tərəfindən mühasirəyə alınıb.

İlkin məlumatlara görə, partlayış nəticəsində 10-dan çox insan həlak olub, yüz nəfərdən çox insan isə yaralanıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti