Natiq Əliyev təcili Türkiyəyə aparıldı - (VİDEO)

Natiq Əliyev təcili Türkiyəyə aparıldı - (VİDEO)
  05 İyun 2017    Oxunub:12033
Ötən gün səhhətində problem yaranan energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarında nazirin ailəsi onun müalicəsini davam etdirmək üçün Türkiyəyə aparıb.

Qeyd edək ki, ötən gün ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. N.Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub. Onun ürəyinə stendlər qoyulub.



Aytən Zəhra
AzVision.az


Teqlər: Natiq-Əliyev   Türkiyə   Xəstəxana   Səhiyyə-Nazirliyi  





Xəbər lenti