Xomeyni məqbərəsində partlayış olub - 2 ölü, 5 yaralı (VİDEO)

Xomeyni məqbərəsində partlayış olub - 2 ölü, 5 yaralı (VİDEO)
  07 İyun 2017    Oxunub:6852
İran İslam Respublikasında bir gündə ikinci silahlı insident baş verib.
AzVision.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsində qeydə alınıb.

Məqbərəyə daxil olan şəxslər atəş açmağa başlayıblar. Daha sonra kimliyi məlum olmayan şəxs üzərinə yerləşdirilən partlayıcı qurğunu türbənin qarşısında işə salıb.

Türbəyə hücum edən iki silahlı isə zərərsizləşdirilib. Hücum nəticəsində 2 nəfər ölüb, beş nəfər yaralanıb.

***
Son məlumatlara görə, güc strukturları bir nəfəri güllələyib. Bir qadın terrorçu isə hüquq-mühafiə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu gün İran İslam Respublikasının Milli Məclisinə silahlı hücum edilib. Parlamentə daxil olan silahlı şəxs mühafizəçiləri yaralayıb, bir neçə nəfəri girov götürüb.

Baş verən qarşıdurmada təhlükəsizlik əməkdaşlarından biri ayağından vurulub. Tehran Millət Vəkili İlyas Hezreti “İRİB” xəbər agentliyinə açıqlamasında bildirib ki, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə Milli Məclisə hücum edib. Hücum edənlərin kimliyi bəlli deyil.



AzVision.az



Teqlər: İran   Atışma  





Xəbər lenti