Trampa qarşı cinayət işi açıldı - (VİDEO)
Baş prokurorlar iddia edirlər ki, Tramp prezident seçiləndən sonra da bizneslə məşğul olur.
“Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün biz cinayət işi açmışıq” , - Karl Rasin deyib.
Şikayət Federal Məhkəmə tərəfindən təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır.
Prokurorlar xüsusən də ötən il açılışı olan “Trump International Hotel”in fəaliyyətindən narahatdırlar. Belə ki, Qətər rəsmiləri ABŞ prezidentinin inaqurasiyası üçün “Four Seasons” otelinə sifariş versə də, sonradan fikirlərini dəyişərək “Trump International Hotel”-a getmişdilər. Anoloji addımı BƏƏ rəsmiləri də atmışdılar.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: ABŞ DonaldTramp