Londondakı yanğında 6 nəfər ölüb - VİDEO (YENİLƏNB)

Londondakı yanğında 6 nəfər ölüb - VİDEO (YENİLƏNB)
  14 İyun 2017    Oxunub:8859
Londonda çoxmərtəbəli yaşayış binasında başlayan yanğın söndürülüb. AzVision.az xəbər verir ki, yanğın nəticəsində 6 nəfərin öldüyü bildirilib.
Ölü sayının artacağı ehtimal edilir. Hadisə yerində işləyən yanğınsöndürənlər binada xeyli insan cəsədinin olduğunu deyiblər.

***
Londonda baş verən yanğın nəticəsində 50-yə yaxın insan yaralanıb.

Son məlumatlara görə, yanğında həlak olanların sayı hələlik dəqiqləşməyib. Yanğının səbəbləri də məlum deyil.

AzVision.az xarici KİVC

***
İngiltərənin paytaxtında 27 mərtəbəli, 150 mənzili olan yaşayış binasında baş verən yanğını hələ söndürmək mümkün olmayıb.

AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, bəzi sakinlərin binada qaldığı bildirilir.

Onlardan bəzilərinin özlərini binadan atdığı iddia edilir.

Məlumata görə, artıq 1 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

***
(09:38)

Londonun mərkəzində 27 mərtəbəli yaşayış binasında yanğın baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci mərtəbədə başlayan yanğın bütün binanı əhatə edib.

Şimali Kensinqton bölgəsindəki “Grenfell Tower” binasında baş verən yanğının söndürülməsinə təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən cəlb olunub.

Hazırda sakinlərin təxliyəsi həyata keçirilir. Yanğın nəticəsində 30 nəfər yaxın insanın xəstəxanaya aparıldığı bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: London   Yanğın  





Xəbər lenti